Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Respublikasına dövlət səfərinə gələn Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin fevralın 24-də rəsmi qarşılanma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Pakistanın Baş nazirinin şərəfinə Fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Pakistanın Baş nazirinə raport verib.
Pakistan İslam Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin və Baş nazir Məhəmməd Şahbaz Şərifin qarşısından keçib.
Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif rəsmi foto çəkdiriblər.
"Məhəmməd Şahbaz Şərif" teqi üzrə xəbərlər
- Pakistanın baş naziri İlham Əliyevə təbrik məktubu göndərdi
- İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi təbrik edib
- Pakistanın baş naziri 7 saylı Bakı "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub
- Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri başa çatıb
- Bakıda Pakistan Ticarət Palatasının nümayəndəliyi təsis ediləcək