Duşan Tadiç mövsümün sonunda "Fənərbağça"dan ayrılacaq.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, serbiyalı yarımmüdafiəçi karyerasını yenidən Niderlandda davam etdirəcək.
37 yaşlı oyunçu "Ayaks"la anlaşıb. Təcrübəli futbolçu mövsüm başa çatdıqdan sonra sabiq klubu ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, Tadiç "Fənərbağça"ya məhz Amsterdam təmsilçisindən keçmişdi.