"Qalatasaray"la danışıqları davam etdirən Ederson "Mançester Siti"nin əsas heyətindən çıxarılıb.
Oxu.Az "Fotomaç"a istinadən xəbər verir ki, "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Qalatasaray"ın gündəmində olan Edersonun transferi ilə bağlı açıqlamalar verib.
"Ederson mənə "getmək istəyirəm və ya təklifim var" deməyib. Bütün oyunçular buradadır və onlar bizim oyunçularımızdır və mən onlarla işləyirəm. Nə olacağını heç kim bilmir", - deyə P.Qvardiola bildirib.
Digər tərəfdən Pep Qvardiola Edersonun bugünkü matç üçün heyətdə olmayacağını açıqlayıb.
Qeyd edək ki, "Mançester Siti" İngiltərə Premyer Liqasının I turunda səfərdə "Vulverhempton"un qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.