Edin Ceko karyerasını A Seriyasında davam etdirə bilər.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, 39 yaşlı bosniyalı forvard ilə İtaliyanın iki klubu maraqlanır.
Qeyd edək ki, cari mövsümün sonunda Ceko iki il formasını geyindiyi "Fənərbağça"dan ayrılıb.
O, 2024/25 "futbol ili"ndə bütün turnirlər nəzərə alınmaqla 53 oyunda meydana çıxıb, 21 qol vurub və səkkiz məhsuldar ötürmə edib.