Portuqaliyanın Vaqos şəhərində kikboksinqin WCA (Dünya Döyüş Növləri Assosiasiyası) versiyası üzrə dünya çempionatı keçirilib.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, mundialda lou-kik versiyası üzrə mübarizə aparan Eduard Məmmədov (60 kq) 21-ci dəfə dünya çempionu adını qazanıb.
Çempionatda 40 ölkəni təmsil edən idmançılar birincilik uğrunda mübarizə aparıblar.