Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Edvin Kuç "Neftçi"nin bu mövsüm uğursuzluqlarla üzləşməsinin səbəbini açıqladı
"Neftçi" klubunun yarımmüdafiəçisi Edvin Kuç bu mövsüm yaşadıqları çətinliklərin səbəbini açıqlayıb.
Oxu.Az xəbər verir ki, təcrübəli futbolçu bu barədə "Sportinfo"ya müsahibəsi zamanı danışıb.
"Qələbə qazananda, hər şeyi rahat danışmaq olur. Futbolçularımızın hər biri qələbə üçün əzmkarlıq nümayiş etdirir. Amma zədələrlə bağlı problemlər bizə imkan yaratmır. Bura gəldiyim gündən ən böyük problem zədəli futbolçuların çox olmasıdır. Baş məşqçi heyəti quranda çox əziyyət çəkir. Statistikaya baxın, cari mövsümdə ardıcıl 3 oyunu eyni heyətlə oynaya bilməmişik. Hər dəfə itkilər olur".
Ən çox oxunanlar