Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Türkiyə, ABŞ və Ukrayna rəsmiləri arasındakı görüş yekunlaşdı
İstanbulda Türkiyə, ABŞ və Ukrayna rəsmiləri arasında aparılan üçtərəfli danışıqlar başa çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti" Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
Məlumatda o da qeyd olunur ki, üçtərəfli görüş bir saatdan çox çəkib.

İstanbulda Türkiyə, ABŞ və Ukrayna nümayəndələri arasında üçtərəfli danışıqlar başlayıb.
Oxu.Az xəbər verir ki, "RİA Novosti" bu barədə Türkiyə diplomatik mənbəyə əsasən məlumat yayıb.
Türkiyə, ABŞ və Ukrayna nümayəndə heyətləri bu gün İstanbulda üçtərəfli görüşün keçiriləcəyi ünvana gediblər.
Oxu.Az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

ABŞ-nin dövlət katibi Marko Rubio artıq İstanbuldadır.
Oxu.Az xəbər verir ki, bu barədə "France Presse" məlumat yayıb.

İstanbulda Türkiyə, ABŞ və Ukrayna nümayəndə heyətlərinin görüşün bu gün saat 10:45-də (Bakı vaxtı ilə 11:45 - red.) baş tutması planlaşdırılır.
Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti"yə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbədən məlumat verilib.
"Rusiya-Ukrayna danışıqları" teqi üzrə xəbərlər
- Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutub
- Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub
- Tramp: "2020-ci ildə prezident seçkisi saxtalaşdırılmasaydı, bu müharibə baş verməzdi"
- Zelenski: "Ərazilər haqqında danışıqları mən aparmalıyam"
- Rusiya və Ukrayna arasında hərbi əsir mübadiləsi olub