"Rusiya nümayəndə heyəti ABŞ nümayəndələrinin Ukrayna ilə birbaşa danışıqlarda iştirakına qarşı çıxıb".
Oxu.Az-ın xəbərinə görə, bu barədə "İnterfaks" nəşri danışıqların təşkili ilə tanış olan mənbəyə istinadən məlumat verib.
Qeyd edək ki, daha əvvəl "The Guardian" nəşri yazmışdı ki, ABŞ-ni Rusiya-Ukrayna təmaslarının növbəti raundunda Dövlət Departamentinin siyasətin planlaşdırılması üzrə direktoru Maykl Anton təmsil edəcək.
Bildirək ki, Moskva və Kiyev arasında birbaşa danışıqlar İstanbuldakı Dolmabağça prezident ofisində başlayacaq.
"Əvvəlcə Türkiyə tərəfi salamlama nitqi ilə çıxış edəcək. Bundan sonra Ankara təmsilçisi danışıqlar otağını tərk etməlidir", - deyə mənbə bildirib.