Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
EEVZA: Azərbaycan millisi ikinci oyunda da uduzub - YENİLƏNİB
20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti oyununa çıxıb.
“Report”un məlumatına görə, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv Latviya yığması ilə üz-üzə gəlib.
Qarşılaşma komandamızın məğlubiyyəti ilə yekunlaşıb - 0:3 (11:25, 9:25, 20:25). Millimiz ilk matçında Estoniyaya da eyni hesabla uduzub. U-20 növbəti günlərdə Ukrayna, Litva və Polşa ilə də görüşəcək.
Qeyd edək ki, yanvarın 7-dək davam edəcək yarış AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.
09:26
20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti oyununa çıxacaq.
“Report” xəbər verir ki, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv Latviya yığması ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlanacaq. Millimiz ilk matçında Estoniyaya 0:3 hesabı ilə uduzub. U-20 növbəti günlərdə Ukrayna, Litva və Polşa ilə də görüşəcək.
Qeyd edək ki, yanvarın 7-dək davam edəcək yarış AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.
"AVRO-2024" teqi üzrə xəbərlər
- UEFA narkotik istifadəsində şübhəli bilinən ingiltərəli hakimlə bağlı araşdırmalara başlayıb
- Ronaldu "AVRO-2024"də yerinə yetirə bilmədiyi penaltidən sonra ağlamasının səbəbini açıqladı
- İspaniya ilə Argentina milliləri arasında keçiriləcək "Finalissima" matçının tarixi bəlli olub
- Avropa çempionatına ev sahibliyi edən Almaniyanın gəliri bəlli olub
- Yann Zommer milli komandadakı karyerasını başa vurdu
Rəylər