Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Əfran İsmayılov: “Bu, ənənəvi hal alarsa, daha yaxşı olar”
“Bu, ənənəvi hal alarsa, daha yaxşı olar”.
Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Əfran İsmayılov Avro-2024-ün seçmə mərhələsində keçirilən Azərbaycan - İsveç oyunundan əvvəl ölkə futbolundakı xidmətlərinə görə təltif edilmələri ilə bağlı danışarkən deyib.
35 yaşlı sabiq yarımmüdafiəçi AFFA-nın baş katibi Sərxan Hacıyev tərəfindən rəmzi olaraq qızılı rəngdə çərçivəyə salınan Azərbaycan millisinin forması və xüsusi hədiyyə almasına münasibət bildirib: “AFFA millinin əvvəlki oyunlarında olduğu kimi, bu dəfə də “Sky-box” üçün bilet vermişdi. Dedilər ki, matçdan əvvəl təltifetmə olacaq. Ancaq nə olacağını bilmirdik. Xidmətimizi dəyərləndirmələri, yaddan çıxarmamaları sevindirici haldır. Bununla veteranları yaddan çıxarmadıqlarını göstərirlər”.
Ə.İsmayılov yığma komandalarda çalışmaq arzusunda olduğunu gizlətməyib:
“Millilərdə işləmək, Azərbaycan futboluna töhfə vermək hamımızın arzusudur. Millidə, klublarda oynamışıq, futbolun içində olan insanlarıq. Təltif edilənlər də öz sözlərini demiş futbolçulardır. Bundan sonra istər klublara, istərsə də milliyə xeyir verməyə çalışacağıq”.
Qeyd edək ki, Əfran İsmayılov 2010-2018-ci illərdə Azərbaycan millisinin heyətində 40 oyunda 5 qol vurub. Avro-2024-ün seçmə mərhələsində keçirdiyi 7 oyuna 7 xal toplayan komandamız F qrupunda 4-cü pillədə qərarlaşıb. Canni De Byazinin yetirmələri qrupda son görüşü noyabrın 19-da Brüsseldə Belçikaya qarşı keçirəcəklər.
"Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA)" teqi üzrə xəbərlər
- Azərbaycan klubu çempionatdan kənarlaşdırıldı
- Rusiya seçməsi Azərbaycan millisi ilə oyun keçirmək istəyir
- Azərbaycanın daha bir bölgəsində yeni stadion inşa ediləcək
- Fernandu Santuş Dünya Çempionatı 2026-nın seçmə mərhələsinin püşkatma mərasimində iştirak edəcək
- "Şamaxı" klubunun futbolçusu oyun alveri ilə məşğul olduğunu etiraf edib
Rəylər