Qətərin “Əl-Sadd” futbol klubu rəsmən Xavi Hernandesin İspaniyanın “Barselona” klubuna keçdiyini açıqlayıb.
“Əl-Sadd” klubunun rəhbərliyi bəyan edib ki, ispaniyalılar Qətər klubu ilə müqavilədə nəzərdə tutulan təzminat məbləğini ödədikdən sonra mütəxəssislə rəsmi müqavilə bağlaya biləcək.
“Xavi “Əl-Sadd” tarixinin mühüm bir hissəsidir və biz ona uğurlar arzulayırıq”, - “Əl-Sadd” klubunun mətbuat xidməti “Twitter” hesabında yazıb.
Turki Al-Ali: The #AlSadd administration has agreed on Xavi’s move to Barcelona after the payment of the release clause stipulated in the contract. We’ve agreed on cooperation with Barcelona in the future. Xavi is an important part of Al-Sadd’s history and we wish him success. pic.twitter.com/3FvCOdYl5X
— 🏆 #76 Al Sadd SC | نادي السد (@AlsaddSC) November 5, 2021