Dəfələrlə qarışıq döyüş növləri üzrə (MMA) dünya çempionu olan 39 yaşlı rusiyalı idmançı Fyodor Yemelyanenko (35-4) peşəkar rinqə qayıdıb.
Oxu.Az xəbər verir ki, o bu gün Tokioda keçirilən döyüşdə 28 yaşlı hindastanlı döyüşçü Caydip Sinqxi (Jaideep Singh) nokauta salıb. Döyüşdən sonra Fyodor tamaşaçılara təşəkkür edib və qarşıdan gələn bayramlarını təbrik edib.
“Mənim üçün sizin qarşınızda çıxış etmək böyük şərəfdir, dostlar. 3,5 illik fasilədən sonra mən yenidən Yaponiyada olmağıma çox şadam. Sizə sevginiz və dəstəyinizə görə təşəkkürümü bildirirəm. Hamınızın bayramını təbrik edirəm”.