Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
"El-Klasiko": Qalib son saniyələrdə bəlli oldu
Tokioda "Barselona" və İspaniya millisinin keçmiş üzvü Andres İnyestanın futboldan gedişinə həsr olunmuş "El-Klasiko" baş tutub.
Oxu.Az xəbər verir ki, "Barselona" və "Real Madrid"in veteranları arasındakı oyun gərgin və maraqlı alınıb.
Katalonların heyətində səbəbkarın özü ilə yanaşı, Xavi, Rivaldo, Markez, Maskerano kimi məşhurlar, kral klubunun sıralarında isə Fiqu, Kasilyas, Roberto Karlos, Makmanaman kimi tanınmışlar çıxış ediblər.
45 725 tamaşaçının izlədiyi qarşılaşma "Barsa"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. 31-ci dəqiqədə katalonlardan Saviola hesabı açıb. 78-ci dəqiqədə Balboa hesabı bərabərləşdirib. Qələbə topu isə 90+3-cü dəqiqədə vurulub. Qol Fernando Sanzın (avtoqol) ayağına yazılıb.
Rəylər