Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Elcan Hacıyev Parisdə gümüş medal qazandı - YENİLƏNİB + FOTO
Azərbaycan cüdoçusu Elcan Hacıyev Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə”də gümüş medal qazanıb.
Oxu.Az-ın məlumatına görə, 90 kq çəki dərəcəsində çıxış edən idmançı finalda Türkiyə təmsilçisi Mixael Zqanka uduzub.
Sonuncu yarış günündə mübarizəyə qoşulmuş Vüqar Talıbov (90 kq) və Uşangi Komauri (+100 kq) mükafat əldə edə bilməyib.
Qeyd edək ki, daha əvvəl Zelim Tçkayev (81 kq) gümüş medala sahib çıxıb.
09:48
Bu gün Azərbaycanın daha üç cüdoçusu Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə”də mübarizəyə başlayacaq.
Oxu.Az xəbər verir ki, sonuncu yarış günündə Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 90 kq) və Uşangi Kokauri (+100 kq) qüvvələrini sınayacaqlar.
90 kq.
Vüqar Talıbov - Mariano Koto Bersyer (Argentina)
Elcan Hacıyev - Sanşiro Murao (Yaponiya)
+100 kq.
Uşangi Kokauri - Bubakar Mane (Qvineya-Bisau) / Klement Musumadi (Konqo Demokratik Respublikası) görüşünün qalibi ilə
Qeyd edək ki, daha əvvəl Zelim Tçkayev (81 kq) gümüş medal əldə edib.
"Argentina" teqi üzrə xəbərlər
- Argentina Prezidenti Xavyer Miley İtaliya vətəndaşlığı alıb
- Dünya Çempionatının seçmə mərhələsi: Argentina Paraqvayla görüşdə qalib gələ bilməyib
- Nobel mükafatı laureatı Argentinanı gözləyən fəlakət barədə xəbərdarlıq etdi
- Argentina məhkəməsi Venesuela prezidentini İnterpol vasitəsilə beynəlxalq axtarışa verib
- Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verdi
Rəylər