Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Əli İsmayılovdan boks millisinə SƏRT TƏNQİD: "Belə davam edə bilməz, məşqçi dəyişməlidir"
Vaxtilə Azərbaycanın tanınmış boksçularından hesab olunan Əli İsmayılov Azərbaycan boksunun hazırkı vəziyyətinin çox pis olduğunu açıqlayıb.
Oxu.Az xəbər verir ki, mövzu ilə bağlı Bizim.media-ya açıqlama verən Ə.İsmayılov milli komandada köklü islahatların aparılmasını vacib sayır:
"Boksumuzun hazırkı vəziyyəti yaxşı deyil. Son Olimpiya Oyunları bunu bir daha sübut etdi. Parisə yollanan 6-7 nəfərdən yalnız kubalı legioner medal qazana bildi.
Ona görə də milli komandada köklü islahatlar aparılmalıdır. Məşqçi dəyişilməli, məşq prosesi fərqli tərzdə keçirilməlidir. Belə davam edə bilməz. Getdikcə boksumuz daha da bərbad günə düşəcək. Son dünya çempionatları və olimpiya oyunlarındakı nəticələrimiz yaxşı deyil. Federasiya rəhbərliyi bunu nəzərə alıb, islahatlar aparmalıdır".
Qeyd edək ki, ötən ilin dekabrından etibarən boks millimizə Ravşan Xocayev baş məşqçilik edir.
"Azərbaycan Boks Federasiyası" teqi üzrə xəbərlər
- Bir boksçumuz finala yüksəldi, üçü bürünc medal qazandı
- Azərbaycan boksçuları beynəlxalq turnirdə finala yüksəliblər: İkisi isə bürünc medal qazanıb
- Boksçularımız beynəlxalq turnirdə növbəti mərhələyə yüksəldilər
- Millimizin yeni baş məşqçisi müəyyənləşib
- Boks məşqçisi hücuma məruz qaldı: Çənəsini sındırdılar