“Biz hər şeyə qadirik” layihəsi çərçivəsində əlil arabası istifadəçiləri arasında Boulinq çempionatı keçirələcək.
Oxu.Az xəbər verir ki, 7 Avqust 2015-ci il tarixində Bakı Əyləncə Mərkəzində əlil arabası istifadəçiləri arasında Boulinq idman növü üzrə III Açıq Azərbaycan çempionatı keçirələcəkdir.
Çempionat AR Prezidenti yanında QHT Dəstək Şurasının maliyyə dəstyi ilə Milli Paralimpiya Komitəsinin, Boulinq Federasiyasının və idmanla sağlam həyatın sintezinin təşkil olunduğu “AAAF Park” Yaşayış Kompleksinin təşkilatı dəstəyi ilə “Əlil İdmançılara Dəstək” İctimai Birliyi “Biz hər şeyə qadirik” layihəsi çərçivəsində keçirələcəkdir.
Yarışın iştirakçıları Milli Paralimpiya komitəsinin müxtəlif sahələri üzrə idmançıları və keçən illərin qalibləri iştirak edəcək.
Bu yarışa ilk dəfə olaraq Ukraynanın “AİK” təşkilatından da idmançılar qatılacaq.
Yarışda iştirak etmək istəyən digər əlilliyi olan insanlar azinvasport@yandex.com ünvanına müraciat edə bilərlər.
Son müraciat tarixi 01 avqust 2015-ci il.
