“Best of the Best” promoşn qrupunun prezidenti, K-1 brendinin Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi Elnur Məmmədov “Zəfər” Yüksək İdman Nailiyyətləri Mükafatına layiq görülüb.
Oxu.Az xəbər verir ki, Gənclər və İdman Nazirliyi, “Sportsman” jurnalının təşkilatçılığı ilə keçirilən mərasimdə Elnur Məmmədova mükafatı Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov təqdim edib.
“Best of the Best” promoşn qrupunun prezidenti “2014-cü ildə idman aləmində Azərbaycanın təbliğinə görə” nominasiyasının qalibi olub.
Əlavə edək ki, Elnur Məmmədovun rəhbəri olduğu “Best of the Best” promoşn qrupu ötən il Bakıda K-1 üzrə nüfuzlu World Max turnirini keçirib. Yarışda Buakav Bençamek və digər məşhur idmançılar iştirak edib. World Max turnirinin görüşləri televiziya vasitəsilə 178 ölkədə göstərilib.
E.Ə.
www.oxu.az