Ənənəvi illik səsvermənin yekunlarına görə Rusiyanın “NTV-Plyus” teleşirkətinin ən yaxşı şərhçisi seçilib.
Oxu.Az xəbər verir ki, Vladimir Maslaçenko adına “İlin ən yaxşı şərhçisi” mükafatını dördüncü il ardıcıl olaraq Konstantin Qeniç alıb.
O, 1641 bal toplayıb. 2-ci yeri Yuri Rozanov (1538), 3-cü yeri isə Aleksandr Yelagin tutub (1257).
Azərbaycanlı şərhçi Elvin Kərimov 19 xalla 27 iştirakçı arasında 24-cü yeri tutub.
F.H.
www.oxu.az