AFFA-nın baş katibi Elxan Məmmədov Millətlər Liqasının püşkünü dəyərləndirib.
Oxu.Az xəbər verir ki, AFFA rəsmisi millimizin ən zəif – D liqasında yer almasına baxmayaraq, qrup oyunlarının çətin keçəcəyini bildirib:
“Bizi maraqlı yarış gözləyir. Üç ay ərzində yarışın qrup mərhələsi başa çatacaq. Kənardan rəqiblərin aşağı reytinqli komandalar olduğu görünür. Ancaq komandamızın üç gün ərzində iki oyun keçirəcəyini və bu matçlardan birinin doğma, digərinin isə rəqib meydanında olacağını nəzərə alsaq, yarışın asan keçməyəcəyi dəqiqdir. Əlbəttə, məqsədimiz I pilləni tutmaq, düşüncəmiz isə hər oyunda qalib gəlməklə bağlı olmalıdır. Rəqiblərimiz də xal və ya xallar qazanmaq üçün mübarizə aparacaqlar. Bu baxımdan, heç bir görüş asan keçməyəcək. Üç ay ərzində intensiv bir yarış izləyəcəyik. Missiya mümkündür”.
Xatırladaq ki, millimiz III qrupda Kosovo, Malta və Farer adaları ilə mübarizə aparacaq.
S.T.
www.oxu.az