Emin Mahmudov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq.
Azərbaycan millisinin üzvü “ağ-qaralar”ın təklifindən imtina edib. O, karyerasını Cənubi Koreyada davam etdirəcək. Mahmudov Azərbaycan millisinin digər üzvü Anton Krivotsyukun çıxış etdiyi “Daejon Sitizen”lə anlaşıb.
“Neftçi” kapitanına son olaraq illik 350 min dollarlıq müqavilə təklif edib. Asiyada isə onun qazancı daha çox olacaq. Belə ki, “Daejon Sitizen” ona illik 750 min dollar verməyə hazırdır. Müqavilə müddəti 2,5 il təşkil edəcək.
Xatırladaq ki, bundan əvvəl Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Tailandın “Buriram Yunayted” klubu ilə anlaşıb.
Mənbə: football.az