Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
![Emin Mahmudov “Neftçi”nin tarixinə düşdü](https://images.oxu.az/2023/04/17/10/43/56/94be37c3-06e0-4e71-96cc-8726dfcbcded/emin:1200.jpg)
Emin Mahmudov “Neftçi”nin tarixinə düşdü
“Neftçi”nin futbolçusu Emin Mahmudov klubun tarixində yeni rekorda imza atıb.
Peşəkar Futbol Liqasının rəsmi saytının yaydığı məlumata görə, kapitan “ağ-qaralar”ın heyətində Azərbaycan çempionatlarının bir mövsümündə penaltidən ən çox qol vuran oyunçu olub.
Premyer Liqanın XXX turunda “Qəbələ” (1:2) ilə görüşdə fərqlənən 31 yaşlı yarımmüdafiəçi cari mövsümdə 7-ci dəfə penaltidən fərqlənərək, rekordu yeniləyib.
Mahmudova qədər rekord 6 penaltiyə bərabər idi. 1992-ci ildə Yunis Hüseynov, sonradan Adrian Neaqa (2009/10), Ruslan Qurbanov (2015/16) və Namik Ələskərov (2020/21) eyni çempionatda 6 dəfə 11 metrlik cərimə zərbəsi vurublar.
Qurbanovun bir zərbəsi qeyri-dəqiq olubsa, digər futbolçular 6 penaltinin hamısını qola çeviriblər.
Rəylər