“Fənərbağça” futbol klubu ötən mövsüm Türkiyə Super Liqasının son 10 turunda komandanın sükanı arxasında olan Emre Belözoğlu ilə yollarını ayırıb.
Türkiyə mediasında yayılan xəbərlərə görə, qərar qarşılıqlı razılıq əsasında qəbul edilib.
Şayiələrə görə, “Fənər”in rəhbərliyi klubu əcnəbi mütəxəssisə tapşırmaq istəyib və Emreyə onun köməkçisi vəzifəsini təklif edib. Lakin 41 yaşlı mütəxəssis bu təklifi rədd edib.
Qeyd edək ki, Emre baş məşqçi olmazdan əvvəl “Fənərbağça”nın idman direktoru kimi çalışıb. Onun rəhbərliyilə “sarı-lacivərdlilər” Türkiyə Super Liqasının bürünc medalını qazanıblar.
Fenerbahçe AŞK'tır 💙💛 https://t.co/fLjtH8cAAW
— Emre BELÖZOĞLU (@EmreBelzoglu_5) June 2, 2021