Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
"Ən-Nəsr"in baş məşqçisi istefaya göndərildi
Səudiyyə Ərəbistanının "Ən-Nəsr" futbol klubu "X" sosial şəbəkəsindəki (keçmiş "Twitter") rəsmi hesabında portuqaliyalı mütəxəssis Luiş Kaştrunun komandanın baş məşqçisi vəzifəsindən uzaqlaşdırıldığını açıqlayıb.
Oxu.Az xəbər verir ki, o, son 14 ayda komandanın sükanı arxasında olub.
63 yaşlı mütəxəssis 2023-cü ilin iyulunda "Ən-Nəsr"in baş məşqçisi təyin edilib. Bu müddət ərzində Səudiyyə klubu onun rəhbərliyi altında bütün turnirlərdə 54 oyun keçirib, 36 dəfə qalib gəlib, 9 dəfə heç-heçə edib, 9 dəfə isə uduzub.
Səudiyyə Ərəbistanı Pro Liqasının cari mövsümünün üç turundan sonra "Ən-Nəsr" 5 xal toplayıb və yeddinci yerdədir.
Rəylər