“Liverpul”un əfsanəvi futbolçusu Stiven Gerard Enfielddə sonuncu dəfə Liverpul formasını geyindi.
Oxu.Az xəbər verir ki, İngiltərə Premyer Liqasının 37-ci turunda “Liverpul” doğma meydanda “Kristal Palace”a 1:3 uduzmaqla azərkeşlərin əhvalını pozub.
Bununla belə, onlar sevimli kapitanlarını alqışlarla ilə yola salıblar.
34 yaşlı yarımmüdafiəçi “Liverpul”un heyətində 709 oyun keçirib, 185 qol vurub, 2 dəfə - İngiltərə Kuboku, Superkuboku və UEFA Superkuboku, 1 dəfə - Çempionlar Liqası və Avropa Liqası, və 3 dəfə İngiltərə Liqa Kubokunun qalibi olub.
“Liverpul azərkeşlərinin fikrincə, Gerard klub tarixində ən yaxşı futbolçudur.
Qeyd edək ki, Gerard karyerasını ABŞ-ın “Los Angeles Galaxy klubunda davam etdirəcək.
www.oxu.az