Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Enzo Fernandes daha bir qalmaqalla dünya mediasının diqqətini üzərinə çəkib
"Çelsi"nin yarımmüdafiəçisi Enzo Fernandes bir müddət əvvəl Fransa millisi haqqında irqçi mahnı oxuması ilə gündəmə gəlmişdi, indi isə dövlət qanunlarını pozmaqda təqsirli bilinir.
Oxu.Az Dailysports.net-ə istinadən bildirir ki, "Çelsi"nin futbolçusu sürücüsünün Uelsdə, Llanelli şəhərində işıqforun qırmızı işığına məhəl qoymamasına rəğmən, onun barəsində məlumat verməkdən imtina etməkdə təqsirli bilinib.
Enzo Fernandes məhkəmənin iclasında iştirak etmədiyi üçün qərar qiyabi olaraq qəbul olunub. İş üzrə hökm sentyabrın 11-də elan olunacaq. İndi hakimlər Fernandesi sürücülük vəsiqəsindən məhrum etməmək imkanını nəzərdən keçirirlər, çünki onlar yüngülləşdirici halları nəzərə alırlar.
Qeyd edək ki, 23 yaşlı ulduz futbolçu əvvəlcə öz "Porsche"si ilə "qırmızı işıq"da keçməkdə və avtomobilini sığortasız idarə etməkdə təqsirləndirilirdi, ancaq sonradan bu ittihamlar aradan qaldırıldı.