Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Erlinq Holand ilkə imza atdı
Ötən gün İngiltərə Premyer Liqasının 3-cü turu çərçivəsində baş tutan "Vest Hem" - "Mançester Siti" qarşılaşmasında qonaqlar 1:3 hesabı ilə qalib gəliblər.
Oxu.Az Championat.com-a istinadən xəbər verir ki, "Mançester Siti"nin ulduzu norveçli hücumçu Erlinq Holand bu görüşdə üç qol vuraraq, 21-ci əsr Premyer Liqa tarixində komandanın ilk üç start matçında iki het-trik edən ilk futbolçu olub.
Holand əvvəlki het-trikini birinci turda edib. Norveçli "İpsviç"in qapısına üç dəqiq zərbə endirib və matç 4:1 hesabı ilə "Mançester Siti"nin xeyrinə başa çatıb. Qeyd edək ki, Premyer Liqanın ilk üç oyununda iki het-trik edən ilk oyunçu 1994/1995 mövsümündə "Bredford"lu Paul Cuell olub.
Xatırladaq ki, Holand 2022-ci ildən "Mançester Siti"də çıxış edir. Hücumçunun klubla müqaviləsi 2027-ci ilə qədərdir. Norveçli "şəhərlilər"in heyətində bütün yarışlarda 102 matçda iştirak edib, 97 qol vurub və 14 məhsuldar ötürmə edib.
"Erlinq Holand" teqi üzrə xəbərlər
- Lionel Messi 18 il sonra rəmzi komandaya düşməyib
- İngiltərə Premyer Liqası tarixinin ən yaxşı penalti yerinə yetirən futbolçuları bəlli olub
- İngiltərə Premyer Liqasında son iki mövsümdə ən çox məhsuldar ötürmə edən futbolçular bəlli olub
- "Qarabağ"ın hücumçusu Olavio Juninyo ən çox qol vuranların siyahısında ulduz futbolçuları qabaqlayıb
- 2024-cü ildə ən çox qol vuran futbolçuların siyahısı bəlli olub
Rəylər