Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Erlinq Holand Norveç millisində rekorda imza atıb
Norveç seçməsinin heyətində 34-cü dəfə fərqlənən Erlinq Holand milli komandada rekorda imza atıb.
Oxu.Az xəbər verir ki, Sloveniya seçməsi ilə görüşdə dubla imza atan Erlinq Holand bununla da Yörgen Yuveni arxada qoyub (33).
24 yaşlı hücumçu 3:0 hesabı ilə yekunlaşan qarşılaşmanın 10-cu və 62-ci dəqiqələrində fərqlənib. Erlinq 34 qol həddinə 36-cı oyunda çatıb. O bu göstərici üzrə də millinin rekordçusu olub.
Qeyd edək ki, Holand 2019-cu ildən Norveç millisinin şərəfini qoruyur.
"Erlinq Holand" teqi üzrə xəbərlər
- "Qızıl top"a namizədlərin reytinq sıralanması bəlli oldu
- Erlinq Holand "Mançester Siti"ni tərk etməyə hazırlaşır?
- "Mançester Siti" Erlinq Holandla müqavilə müddətini uzadıb
- Dünyanın ən bahalı futbolçuları bəlli olub: Dördü "Real Madrid"in oyunçusudur
- Üçüncü onilliyin ən məhsuldar futbolçularının adları məlum olub
Ən çox oxunanlar