Girovlarla bağlı məsələnin gündəmdə olduğu bir vaxtda, Ermənistan gələn il Bakıda keçiriləcək ilk Avropa Oyunlarında iştirakla bağlı qərarını dəyişib.
Oxu.Az-ın ANS TV-yə istinadən verdiyi məlumata görə, Ermənistanı təmsil edəcək idmançılar Bakıya gələcək.
Azərbaycan höküməti Ermənistan nümayəndə heyətinin oyunlar zamanı təhlükəsizliyinə tam təminat verib.
Xatırladaq ki, iki il əvvəl Ermənistanın Olimpiya Komitəsi nüfuzlu yarışın Bakıda təşkilinə dair səsvermədə iştirakdan imtina etmişdi.