Rusiyanın Soçi şəhərində Ermənistan idmançısı Miqran Arutunyanın “Gorilla Fighting Championship 19” qarışıq döyüş növü üzrə keçirilən yarışda Qazaxıstan təmsilçisi Jasulan Akimсana məğlub olmasından sonra erməni azarkeşlər qazaxıstanlı idman həvəskarları ilə dava ediblər.
Məğlub olan Miqran Arutunyana döyüşdən sonra söz verilən zaman o azarkeşlərdən birininin onun atasına əl qaldırdığını bildirib və onu hədələyib.
Посмотреть эту публикацию в InstagramBundan sonra o zala gedib və orada əlbəyaxa dava başlayıb. Yarışın diktoru azarkeşlərə yayımın birbaşa olduğunu xatırladaraq onları toqquşmanı dayandırmağa çağırıb.
Qeyd edək ki, döyüş Miqran Arutunyanın məğlubiyyəti ilə başa çatıb. Akimсan üçüncü raundun sonunda dabanı ilə rəqibinin başına zərbə endirib. Ermənistan idmançısı diz üstə çöküb və hakim nokautla məğlubiyyəti qeydə alıb.
Посмотреть эту публикацию в Instagram"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistandan Gürcüstana keçmək istəyən əcnəbinin corab və ayaqqabısından qızıl tapıldı - Video
- Azərbaycan, Ermənistan və Gürcüstan səfirləri Romada bir araya gəldilər: Nələr müzakirə olundu? - Foto
- Ermənistan prezidentinin səhhəti pisləşdi
- Paşinyan: "Ermənistan Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmayanadək forpost olaraq qalacaq"
- Nikolay Bordyuja: "Ermənistan KTMT-dən xaric edilməlidir"
Digər xəbərlər