Litvanın paytaxtı Vilnüsdə keçirilən Avropa birinciliyində Azərbaycanın 16 yaşadək oğlanlardan ibarət otüstü xokkey komandası Ermənistan yığmasını 4:1 hesabı ilə yenərək final mərhələsinə vəsiqə qazanıb.
Azərbaycanın Gənclər komandası Vilnüsdə keçirilən Avropa çempionatında (Litva) final mərhələsinə keçib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bundan əvvəlki oyunda Cəbəllütariq yığmasını 3:2 məğlub edən komandamız ikinci qrup mərhələsində Ermənistanı 4-1 hesabı ilə darmadağın edib.
Qeyd edək ki, finalda gənclərdən ibarət yığmamız İsveçrə xokkeyçiləri ilə qarşılaşacaqlar.