Qazandığım vacib qələbəyə görə çox sevincliyəm. Erməni boksçu üzərində qazandığım qələbəni şəhidlərimizin əziz xatirəsinə həsr edirəm.
Oxu.Az-ın Report-a istinadən məlumatına görə, bunu Türkiyənin Samsun şəhərində keçirilən Avropa Təsnifat Turnirində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına 56 kq-da lisenziya qazanan Cavid Çələbiyev deyib.
Yarımfinalıda ermənistanlı Aram Avaqyanı məğlub edən C.Çələbiyev vətən uğrunda canından keçməyə hər an hazır olduğunu bildirib:
“Hər birimiz Ali Baş Komandanın əmrini gözləyirik və Vətən uğrunda döyüşməyə hazırıq”.
C.Çələbiyev qələbəsini hərbi salamla qeyd edib.