Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Eşli Koul qaradərili futbolçunu müdafiə etdi
İngiltərə millisinin sabiq müdafiəçisi Eşli Koul “Mançester Siti”nin qaradərili yarımmüdafiəçisi Rəhim Sterlinqi müdafiə edib.
Oxu.Az xəbər verir ki, Koul milli komanda azarkeşlərinin Sterlinqə dərisinin rənginə görə mənfi münasibət bəslədiyini bildirib.
“İndi görürəm ki, Sterlinqlə bağlı baş verənlər vaxtilə mənim başıma gəlib. Bu yalnız Rəhimə aiddir, başqa heç kim belə münasibətlə qarşılaşmayıb. Düşünürəm ki, bunun xüsusi səbəbi var. Dərinin rəngindən başqa bu cür reaksiyaya səbəb olacaq başqa heç nə görmürəm”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Rahim Sterlin yamaykalı olsa da, beş yaşında anası ilə birlikdə Britaniyaya miqrant kimi gəlib.