Beynəlxalq Eurosport telekanalının efirində “Azərbaycan turu-2015” veloyarışması haqqında süjet gedib.
Oxu.Az xəbər verir ki, Eurosport veloyarışmanın bütün beş mərhələsini göstərib. Son üç mərhələ canlı yayımda göstərilib.
Yayım səviyyəsi xüsusi qeyd edilib. “Əlbəttə bu hələ “Tur de Frans” deyil, amma bunun Avropoda ən yaxşı çoxgünlük olması dəqiqdir. Bir çox kiçik komandaları hələ bu qədər televizorda göstərməmişdilər. Əsasən də canlı”, - süjetdə qeyd edilib.
“İldən-ilə yalnız “Azərbaycan turu”nu deyil, bu ölkənin necə inkişaf etdiyini də müşahidə edirik. İstənilən idman hadisəsinin burada yüksək səviyyədə təşkil ediləcəyi artıq heç kəsdə şübhə doğurmur”, - sonda deyilir.
F.H.
www.oxu.az