Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
"Everton"da çıxış etmiş Azərbaycan millisinin sabiq futbolçusu I Liqa klubuna keçib
Azərbaycan millisinin sabiq üzvü Araz Abdullayev karyerasını I Liqanın "Qaradağ Lökbatan" klubunda davam etdirəcək.
Oxu.Az xəbər verir ki, "Neftçi"nin sabiq futbolçusu yeni klubu ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.
Artıq Abdullayev Birinci Liqa klubu ilə məşqlərə start verib.
32 yaşlı futbolçu karyerası ərzində "Neftçi", "Everton" (İngiltərə), "Panionios" (Yunanıstan), "Qəbələ", "Anortosis" (Kipr), "Qarabağ", "Boluspor" (Türkiyə), "Etnikos" (Kipr), "Sumqayıt", "Llapi" (Kosovo) və "Zirə" komandalarında oynayıb.
Ən çox oxunanlar
Rəylər