Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
“Everton”un 10 xalı silindi
İngiltərə Premyer Liqası maliyyə feyr-pley qaydalarını pozduğuna görə “Everton”u 10 xaldan məhrum edib.
Qərar dərhal qüvvəyə minib. Bu səbəbdən, komanda cəmi dörd xalla 14-cü yerdən autsayder zonasına düşüb.
Xatırladaq ki, ilin əvvəlində Premyer Liqa kluba qarşı iş açıb və məsələni müstəqil komissiyaya həvalə edib. Araşdırma təsdiq edib ki, “Everton” 105 milyon funt sterlinq həddini keçərək 124,5 milyon funt sterlinq xərcləyib.
Mənbə: championat.com
"İngiltərə Premyer Liqası" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər