Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

“Everton”un futbolçusu pedofillikdə şübhəli bilinərək həbs olunub - FOTO
İngiltərə Premyer Liqasının futbolçusu uşaqlara qarşı seksual xarakterli cinayətlər törətməkdə şübhəli bilinərək həbs olunub.
Bu barədə “Daily Mail” xəbər verir.
Bildirilir ki, cinayətkarın 31 yaşı var və evlidir. Hələ ki oyunçu girov müqabilində sərbəst buraxılıb.
Sosial şəbəkələrdə cinayətkarın İngiltərənin “Everton” klubunun islandiyalı yarımmüdafiəçisi Gilfi Sigurdssonun ola biləcəyi düşünülür. Belə ki, o da evlidir və bu yaxınlarda həbsi barədə şayiələr yayılmışdı.
Yarımmüdafiəçinin həyat yoldaşı isə ərinin seksual xarakterli cinayətə görə tutulması barədə fərziyyələri rədd edib, lakin sonradan “Instagram”ını silib.
“Everton” klubu da polis istintaqı ilə əlaqədar olaraq futbolçunun əsas komandadan kənarlaşdırıldığını açıqlayıb.
“Klub istintaqda səlahiyyətlilərə dəstək verməyə davam edəcək və bu anda heç bir açıqlama verməyəcək”, - deyə “Everton”un rəsmi saytında bildirilib.
"İngiltərə Premyer Liqası (İPL)" teqi üzrə xəbərlər
- İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı qapıçısı bəlli olub
- İngiltərə Premyer Liqasında qiyməti yüksəlməkdə olan futbolçuların siyahısı açıqlanıb
- İngiltərə Premyer Liqası: "Mançester Yunayted" autsayderə şans vermədi
- İngiltərə Premyer Liqası: London derbisinin qalibi bəlli oldu
- Holand Premyer Liqa tarixinin rekorduna imza atdı