Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Faiq Qarayevin Yaponiyada halı pisləşib
Qadın voleybolu üzrə millimizin baş məşqçisi Faiq Qarayevin Yaponiyada keçirilən dünya çempionatı zamanı səhhətində problem yaranıb.
Oxu.Az xəbər verir ki, təcrübəli mütəxəssisin İtaliyaya 0:3 uduzduqları görüşün gedişində halı pisləşib və o, arenanı tərk etməyə məhkum olub. Onu oyunda köməkçisi əvəzləyib.
Əldə etdiyimiz son məlumata görə, o hazırda həkim nəzarəti altındadır. Faiq Qarayevin millimizi Çinlə bugünkü oyuna çıxarıb-çıxarmayacağı dəqiq bilinmir.
Qeyd edək ki, Faiq Qarayev eyni zamanda Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidentidir.
Səbuhi MUSAYEV
www.oxu.az
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar