Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Fatih Terimin komandasından ardıcıl ikinci QƏLƏBƏ: Növbəti rəqib Ronaldulu "Ən-Nəsr"
Səudiyyə Ərəbistanı Pro Liqasının 23-cü turu çərçivəsində Fatih Terimin komandası öz meydanında "Damac"ı 2:0 hesabı ilə məğlub etməyi bacarıb.
Oxu.Az "Fanatik"ə istinadən xəbər verir ki, Ər-Riyadda keçirilən matçın ilk hissəsi 0:0 hesabı ilə başa çatıb. İkinci hissədə meydan sahibləri 61-ci dəqiqədə Kristian Quanka və 83-cü dəqiqədə Əl-Şvirekin vurduğu qollarla meydanı 2:0 hesablı qələbə ilə tərk edib.
Qeyd edək ki, Fatih Terim 2:0 hesablı qələbədən sonra liqada ilk dəfə ardıcıl ikinci matçını qazanıb. Xallarını 39-a çatdıran "Əş-Şabab" altıncı, "Damak" isə 24 xalla 13-cü pillədə qərarlaşıb.
"Əş-Şabab" növbəti matçında Kriştianu Ronaldunun çıxış etdiyi "Ən-Nəsr"lə qarşılaşacaq.