Azərbaycanın Yay Olimpiya Oyunlarında ikiqat gümüş medalçısı Rövşən Bayramov Güləş Federasiyasında işlə təmin olunub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədov Rövşən Bayramovu Yunan-Roma güləş yığmamızın məşqçisi təyin edib.
Bundan başqa, London Olimpiadasının bürünc medalçısı Emin Əhmədov da "klassik"lərdə məşqçiliyə başlayıb. Əşrəf Əliyevlə Yaşar Əliyev isə sərbəst güləş yığmamızda məşqçi təyin olunublar.
Səbuhi TOFİQOĞLU
www.oxu.az