Dağıstanlı qraplinq idmançısı Hacımurad Məhəmmədov Sankt-Peterburqda keçirilən yarışda rəqibinə qarşı fənd işlətməyə çalışarkən ciddi xəsarət alıb.
“İzvestiya” saytı məlumat verir ki, başı üzərinə düşən idmançının boynu sınıb.
İdmançının müalicəsi üçün xüsusi hesab açılıb, vəsait toplanır. Həkimlər idmançıya qapalı kəllə-beyin travması və boyun fəqərələrinin sınığı diaqnozu qoyub.