"Fənərbağça" heyətinə daha bir sürpriz oyunçu əlavə etməyə hazırlaşır.
Oxu.Az-ın "NTV Spor"a istinadən verdiyi məlumata görə, bir müddət klubda çıxış edən qapıçı Tarık Çetin yenidən heyətə qayıdıb.
Klubun "Çaykur Rizespor"la müqaviləsi başa çatan 28 yaşlı təcrübəli qolkiperlə 1 illik müqavilə imzalayacağı bildirilir.
Tarık Çetinin üçüncü qapıçı kimi qəbul edildiyi qeyd olunur.
Xatırladaq ki, Çetin 2019-cu ildə "Fənərbağça"dan ayrılaraq "Rizespor"a keçib. Təxminən altı ildən sonra yenidən sarı-göy rəngli forma geyinəcək qolkiper karyerasında yeni səhifə açmağa hazırlaşır.