Türkiyə Superliqasında 28-ci turun oyunları davam edir.
Turun mərkəzi görüşü İstanbulda baş tutub. Çempionatın lideri “Trabzonspor” səfərdə “Fənərbağça”nın qonağı olub. Matçda qalib müəyyənləşməyib - 1:1
“Fatih Karagümrük” – “Altay” - 0:0
“Fənərbağça” – “Trabzonspor” - 1:1
Qollar: Zayç, 71 – Nvakaeme, 22
“Antalyaspor” – “Sivasspor” - 1:0
Qol: Fernando, 45+2
Qeyd edək ki, turnir cədvəlinə 67 xalla “Trabzonspor” başçılıq edir. “Konyaspor” 52 xalla 2-ci, “Fənərbağça” 47 xalla 3-cüdür.