Türkiyənin "Fənərbağça" klubu heyətini "Benfika"nın futbolçusu Florentinu Luiş ilə gücləndirib.
Oxu.Az "Fanatik" nəşrinə istinadən xəbər verir ki, tərəflər arasında 1+4 illik razılıq əldə olunub.
Futbolçu "sarı-lacivərdlər"də icarə əsasında çıxış edəcək. Türkiyə klubu "Benfika"ya icarə əsasında transfer etdiyi futbolçu üçün beş milyon avro ödəyəcək.
"Fənərbağça" Florentinu Luişi qalıcı olaraq transfer etmək istəsə, 25 milyon avro ödəməli olacaq.
Qeyd edək ki, portuqaliyalı yarımmüdafiəçinin tezliklə İstanbula gələcəyi gözlənilir.