"Fənərbağça" futbol üzrə Belçika millisinin və "Napoli"nin hücumçusu Romelu Lukakunun transferi ilə bağlı razılığa gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
İstanbul təmsilçisi "Napoli" ilə belçikalı forvardın transferi üçün şifahi razılıq əldə edib. Razılaşmanın ümumi dəyərinin 6 milyon avrodan çox olacağı bildirilir.
Hazırda transferlə bağlı sənədlərin və digər rəsmi prosedurların yoxlanıldığı qeyd olunur. Lukaku isə "Fənərbağça" ilə şəxsi müqavilənin şərtlərini artıq razılaşdırıb. Transferin rəsmiləşdirilməsi üçün klubun yekun təsdiqindən sonra 32 yaşlı hücumçunun İstanbula yollanacağı gözlənilir.
Qeyd edək ki, Romelu Lukaku 2024-cü ildən "Napoli"nin formasını geyinir.
