Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Fənərbağça" İtaliya millisinin qolkiperini transfer etmək istəyir
Dominik Livakoviç mövsümün sonunda "Fənərbağça"dan ayrıla bilər.
Oxu.Az "Fanatik" nəşrinə istinadən xəbər verir ki, Superliqa klubu performansından məmnun qalmadığı xorvatiyalının yerinə başqa qapıçı transfer etməyi planlaşdırır.
"Fənərbağça"nın əsas hədəfi "Napoli"də çıxış edən Aleks Meretdir. İtalyan qolkiperin klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır. O, "Napoli"nin yeni sözləşmə təklifini qəbul etməyib.
Bu vəziyyətdən yararlanmağa çalışan "Fənərbağça" 28 yaşlı "əlcək sahibi" ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, Aleks Meret 2018-ci ilin yayından "Napoli"də çıxış edir. İtaliya millisinin üzvü bu mövsüm Neapol təmsilçisinin heyətində 33 rəsmi matçda meydanda olub.
"Fənərbağça FK" teqi üzrə xəbərlər
- "Fənərbağça"nın əsas hədəfi olan futbolçu Türkiyəyə gəlmək istəmir
- "Fənərbağça"dan mövsümün ilk transferi: Livakoviçin yerinə fransalı qapıçı gətirilir
- "Fənərbağça" "Mançester Yunayted"in oyunçusunu transfer edir
- "Fənərbağça"nın prezidenti Ali Koç "Qarabağ" klubunun rəsmiləri ilə görüşüb
- Ali Koçun Bakı səfərinin SƏBƏBİ bəlli oldu