"Fənərbağça" "Milan"da forma geyinən fransız hücumçu Kristofer Nkunkunu transfer etmək istəyir.
Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Ekrem Konur məlumat yayıb.
"Fənərbağça" 28 yaşlı futbolçunun transferi üçün 30-35 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Nkunkunun "Milan"la müqaviləsi 2030-cu ilin iyun ayının sonuna qədərdir. Oyunçu bu mövsüm bütün turnirlərdə 15 oyunda üç qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.
