"Fənərbağça"nın transfer etmək istədiyi Kerem Aktürkoğlu susqunluğunu pozub.
Oxu.Az xəbər verir ki, türkiyəli jurnalist Sercan Hamzaoğlunun verdiyi məlumata görə sabiq "Qalatasaray"lı "Fənərbağça"ya keçəcək.
"Heç bir reaksiyadan qorxmuram, tərəddüd etməyəcəm. "Fənərbağça"nın formasını geyinəcəm. Bunu çox istəyirəm. Azarkeşlərlə, prezidentlə və baş məşqçi ilə görüşməyə az qalıb. Tezliklə görüşəcəyik".
Qeyd edək ki, İstanbul nəhəngi ilə "Benfika" klubu arasında danışıqlar davam edir. Lissabon təmsilçisi Çempionlar Liqasında iştirak etmək istədiyi üçün danışıqları yubadır.
"Benfika"da çıxış edən Kerem Aktürkoğlunu transfer etməyi planlaşdıran "Fənərbağça" klubu özəl təyyarəsini Portuqaliyaya göndərsə də, təyyarə İstanbula əliboş dönüb.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, buna səbəb "Benfika" klubunun rəhbərliyinin futbolçularını satmaqdan imtina etməsi olub.
Belə ki, "Fənərbağça" klubu "Feyenoord" səddini keçəcəyi təqdirdə "Benfika" klubunun rəqibi olduğundan Portuqaliya klubu Keremin Türkiyə təmsilçisinə keçidi üçün icazə verməyib.
Qeyd edək ki, "Fənərbağça" Kerem Aktürkoğludan əlavə Merih Demiralı da transfer etmək istəsə də, tərəflər razılaşa bilməyiblər.