Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

“Fənərbağça” qələbə seriyasını darmadağınla davam etdirib - VİDEO
Futbol üzrə Türkiyə Superliqasında VII turun daha bir oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, çempionluğa iddialı “Fənərbağça” doğma meydanda “Rizespor”u sınağa çəkib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 5:0
İstanbul klubunun heyətində qolları Sebastian Şimanski (3), İrfan Can Kahveci (47), Edin Ceko (62), Duşan Tadiç (75) və Coşua Kinq (90+2) vurublar.
Cari mövsüm Superliqada keçirdiyi 7 oyunun hamısında qalib gələn “Fənərbağça” maksimum nəticə (21 xal) ilə turnir cədvəlinə başçılıq edir. 11 xalı olan “Rizespor” isə yeddinci pillədə qərarlaşıb.
Bu matçla eyni vaxtda başlayan “Karagümrük” – “Kasımpaşa” görüşündə qonaqlar 3:2 hesablı qələbəyə seviniblər.
"Futbol" teqi üzrə xəbərlər
- Türkiyə Superliqası: "Qalatasaray" - "Fənərbağça" derbisi qolsuz bitdi
- PSJ - "Brest" oyununda 7, "Real Madrid" - "Mançester Siti" matçında isə 4 qol vuruldu
- İngiltərə Premyer Liqası: "Liverpul" "Aston Villa" ilə bacarmadı
- Çempionlar Liqası: Dortmund "Borussiya"sı 1/8 finalda
- La Liqa: "Barselona" liderliyə yüksəldi