UEFA Avropa Liqasının qrup mərhələsində daha 8 oyun keçirilib.
“Report”un məlumatına görə, bununla da I tura yekun vurulub.
Türkiyənin digər təmsilçisi “Trabzonspor” “Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı Macarıstan “Ferentsvaroş”unun qonağı olub. Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Budapeşt təmsilçisindən qolları 5-ci və 44-cü dəqiqədə Tokmak Nquen, 29-cu dəqiqədə Adama Traore vurublar. 16-cı dəqiqədə Macarıstan çempionundan Eldar Çiviç birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Qonaqlardan isə 39-cu dəqiqədə Maksi Qomes və 71-ci dəqiqədə Umut Bozok fərqləniblər.
UEFA Avropa Liqası
Qrup mərhələsi, I tur
8 sentyabr
E qrupu
“Mançester Yunayted” (İngiltərə) – “Real Sosyedad” (İspaniya) - 0:1
HİK (Finlandiya) - “Betis” (İspaniya) - 0:2
D qrupu
“Malmö” (İsveç) - “Braqa” (Portuqaliya) - 0:2
“Yunion” (Berlin, Almaniya) - “Yunion” (Belçika) - 0:1