Türkiyənin “Fənərbağça” klubunun yeni baş məşqçisi bəlli olub.
İstanbul təmsilçisinin rəsmi saytından yayılan xəbərə görə, komanda İsmail Kartala tapşırılıb.
Məlumata əsasən, mütəxəssislə bir mövsümlük müqavilə imzalanıb.
Qeyd edək ki, İsmail Kartal 2014/2015 mövsümündə və 2022-ci ildə komandanın sükanı arxasında olub.